Naxçıvanda qəza olub, avtomobil aşıb - FOTO

   Naxçıvanda qəza olub, avtomobil aşıb -    FOTO
  08 Mart 2023    Oxunub:860
Naxçıvan şəhərində avtomobil qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb.

71-BD-066 dövlət nömrə nişanlı "KIA Cerato" markalı avtomobil 68-TA-085 dövlət nömrə nişanlı taksi ilə toqquşub.

Qəza nəticəsində "KIA" markalı avtomobil aşıb.

Həmin nəqliyyat vasitəsinin sürücüsü, 1997-ci il təvəllüdlü Naxçıvan şəhər sakini İsmayıl Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.(APA)


Teqlər:



Xəbər lenti