Ermənistan Ədliyyə Nazirliyinin penitensiar xidmətinin mətbuat xidmətinin məlumatında qeyd edilir ki, hadisə axşam saatlarında baş verib. Mühafizəçilər koloniyaya yaxınlaşan pilotsuz təyyarəni müşahidə ediblər. Daha sonra cihaz plastik torbaya bükülmüş əşyanı binaya doğru atıb.
Əməliyyatçılar içərisində cib telefonları və enerji doldurucularının olduğu şübhəli bağlama aşkarlayıblar.
Tural Tağıyev
AzVision.az