Pul əvəzinə yarpaqla alış-veriş etdilər

 Pul əvəzinə  yarpaqla alış-veriş etdilər
  10 Mart 2023    Oxunub:2209
Vyetnamda qeyri-adi yarmarka keçirilib. AzVision.az xəbər verir ki, ölkənin cənubundakı Dong Nai əyalətində baş tutan yarmarkaya gələnlər burada pul əvəzinə ağac yarpaqlarından istifadə ediblər.
Məlumata görə alış-veriş məkanına mindən çox ziyarətçi gəlib.

"Lonq Xan şəhərində 8 Mart bayramı münasibətilə yerli qadın və gənclər təşkilatları tərəfindən təşkil olunan bu tədbir rəmzi mənada "yarpaq bazar"ı adı alıb. 23 piştaxtada 33 növ ərzaq, içki və müxtəlif mallar satılıb. Bazar ziyarətçilərinə üç yarpaq verilirdi ki, onların hər birini istədiyi malla dəyişdirə bilərdilər", - Vyetnamın "Tuoi Tre News" agentliyi yazıb. Qeyd edilir ki, günün sonuna qədər əksər mallar satılıb.

"Yarmarka maraqlı və fərqli idi. Yeməklər pulsuz, təmiz və dadlı idi",- yerli sakin Tran Thi Tong Nhat bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Pul   Vyetnam  





Xəbər lenti