28 ildir ancaq kokos yeyir

28 ildir ancaq kokos yeyir
  10 Mart 2023    Oxunub:2064
Hindistanda maraqlı hadisə aşkarlanıb.AzVision.az "Oddity Central"a istinadən xəbər verir ki, Balakrişnan Palayi adlı şəxs 28 ildir yalnız kokos yediyini iddia edib.
Onun sözlərinə görə, belə pəhriz ona mədə xəstəliyinin öhdəsindən uğurla gəlməyə kömək edir.

Palayi bildirib ki, 28 il əvvəl ona qastroezofagial reflüks xəstəliyi diaqnozu qoyulub. Hindistanlı səhhətində yaranan problemlərə görə enerjisini güclə yeriyə biləcək qədər itirib. O, bir dəfə kokosdan hazırlanan qəlyanaltını sınayıb və bundan sonra özünü daha yaxşı hiss edib. Palayi o vaxtdan bəri yalnız kokos yeməkləri yeyir.

“Kokosda kalsium, maqnezium, natrium və kalium kimi minerallar var. Bu, onun gücünü bərpa etməyə kömək edib və indi o, formadadır", tibb ekspertlərindən biri deyib.

64 yaşlı Balakrişnan yaşıdlarının çoxundan daha sağlam olduğunu iddia edib. O, fermada işləyir, hər gün üzgüçülük və idmanla da məşğul olur. Bununla belə, həkimlər insanları bu kişidən nümunə götürməməyə çağırıb. Çünki "kokos pəhrizi" xeyirdən çox zərər verə bilər. İnsan orqanizminə ət və digər qidalar da gərəkir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Hindistan   Kokos  





Xəbər lenti