DSMF sədri vətəndaşları qəbul edəcək

DSMF sədri vətəndaşları qəbul edəcək
  11 Aprel 2013    Oxunub:1551
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək
Bu gün saat 10.00-da Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək. AzVision.az xəbər verir ki, DSMF sədri şikayəti olan vətəndaşları qəbul edəcək.

Qeyd edək ki, nazirlik, dövlət komitələri və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən məmurlar 2 aprel tarixindən başlayaraq respublikanın şəhər və rayonlarında vətəndaşlar üçün qəbul günləri keçirirlər. Bu il fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara vətəndaşlarla bağlı tapşırıqlar verilmişdi.

Azvision.az



Teqlər:  





Xəbər lenti