Kenzaburo Oe vəfat etdi

   Kenzaburo Oe vəfat etdi
  13 Mart 2023    Oxunub:1386
Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kenzaburo Oe 89 yaşında vəfat edib. Bu barədə “The Japan Times” müəllifin Kodanşa nəşriyyatına istinadən xəbər verir.
Publisistin ölüm səbəbi barədə məlumat verilmir, lakin Oenin martın 3-də öldüyü məlumdur. Yazıçının dəfn mərasimi artıq baş tutub.

Kenzaburo Oe 31 yanvar 1935-ci ildə Yaponiyada anadan olub. Tələbə ikən bədii ədəbiyyat nümunəsi yazmağa başlayıb və 23 yaşında “Mal-qaranın saxlanması” adlı qısa hekayəsinə görə debüt müəllifləri üçün Yaponiyanın nüfuzlu Akutaqava mükafatını qazanıb.

Yazıçı müharibədən təxliyə olunduqdan sonra yeniyetmə oğlanlardan bəhs edən -“Nip the Buds, Shoot the Kids” (“Böyrəyi cırıb nəslini məhv edin”) ilk romanını çap etdirib.

1994-cü ildə Oe Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb. Nobel Komitəsinin üzvlərinin fikrincə, müəllifin əsas əsərləri “M/T və meşə möcüzəsinin tarixi”, “1860-cı il futbolu” və “Şirin keçmişə məktublar” olub.

Əsərlərində yazıçı yapon gənclərinin özünüidentifikasiyası problemlərini araşdırıb və buna görə də ona Yapon Salincer ləqəbi verilib.

Müəllif nüvə silahından istifadənin əleyhdarı idi. Eyni zamanda əlillərin hüquqları üçün mübarizə aparır və Yaponiyanın pasifist konstitusiyasına yenidən baxılmasına qarşı çıxırdı.

Öz fikirlərinə görə, Oe 1994-cü ildə Yaponiyanın Mədəniyyət Ordeni ilə təltif olunmaqdan imtina etdi. “Mən demokratiyadan yüksək heç bir güc, heç bir dəyər tanımıram”,-yazıçı bildirmidi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti