“Hər şey hər yerdə və bir anda” Oskar qazandı

   “Hər şey hər yerdə və bir anda”    Oskar qazandı
  13 Mart 2023    Oxunub:1549
Amerika Kino Akademiyası ilin ən yaxşı filmi mükafatını Dan Kvan və Daniel Şeynertin çəkdiyi “Hər şey hər yerdə və bir anda” filminə təqdim edib.
Onlar ən yaxşı rejissor işinə və orijinal ssenariyə görə heykəlciklər qazanıblar. Tragikomediya ən yaxşı montaj nominasiyasında da Oskara layiq görülüb.

Filmdə oynayan Jamie Lee Curtis və Ke Huy Kuan ən yaxşı ikinci plan rollarına görə heykəlciklər alıblar. və baş rolu oynayan Mişel Yeoh ən yaxşı aktrisa seçilib.

"Hər şey hər yerdə və bir anda" həmçinin ən yaxşı montaja görə Britaniya Film Akademiyasının (BAFTA) mükafatını qazanıb və Mişel Yeoh və Ke Huy Kuan Qızıl Qlobus alıblar.

Bu il ən prestijli kateqoriyada mükafat uğrunda- Tar (rejissor Todd Field), Fabelmans (Stiven Spilberq), Elvis (Baz Luhrmann), Qərb cəbhəsində dəyişiklik yoxdur" (Edvard Berger), "Banşi" İnişerina” (Martin MakDonaq), “Qadınlar danışır” (Sarah Polli), “Kədər üçbucağı” (Ruben Ostlund), “Top Qan: Maverick” (Cozef Kosinski), “Avatar: Suyun Yolu” (Ceyms Kemeron) - filmləri mübarizə aparıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti