“Navalnı” sənədli filmi “Oskar”a layiq görüldü

   “Navalnı”  sənədli filmi “Oskar”a layiq görüldü
  13 Mart 2023    Oxunub:2357
Ən yaxşı sənədli film nominasiyasında Oskar amerikalı rejissor Daniel Roerin "Navalnı" filminə verilib.
Film müxalif yönlü siyasətçi Aleksey Navalnının Berlində "Charite" klinikasında komadan oyandığı andan 2021-ci ilin yanvarında Rusiyaya qayıdana qədərki hadisələrdən bəhs edir.

Mərasimdə siyasətçinin həyat yoldaşı Yuliya qızı Daria və oğlu Zaxarla birlikdə iştirak edib.

Film Max Original platformasında və CNN-in dəstəyi ilə çəkilib, Britaniya Akademiyası Film Mükafatlarını (BAFTA) qazanıb.

Qeyd edək ki, Aleksey Navalnı hazırda Vladimir vilayətinin Melexovo şəhərindəki 6 saylı ciddi rejimli koloniyada cəza çəkir. 2021-ci ilin fevralında o, "Yves Rocher" işi üzrə iki il səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti