"Vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə..." - Emin Əmrullayev

   "Vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə..." -   Emin Əmrullayev
  13 Mart 2023    Oxunub:2104
"İşə qəbulda görürük ki, pedoqoji diplom almış məzun bizim müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?"
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməliyik", - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, ədalətli yanaşma odur ki, diplom ala bilməyənə diplom verməməliyik: “Baloniya sisteminə keçəndən sonra minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Misal olaraq, Azərbaycan Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada necə oxuduğu bəlli olmayan şəxslər var”.
AzVision.az


Teqlər:





Xəbər lenti