Çin “Horus-2” peykini uğurla orbitə çıxarıb

Çin “Horus-2” peykini uğurla orbitə çıxarıb
  13 Mart 2023    Oxunub:1682
Çin martın 13-də Horus-2 məsafədən zondlama peykini uğurla orbitə çıxarıb.
Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası WeChat səhifəsində məlumat verib. Qeyd edilib ki, buraxılış CZ-2C raketi sayəsində Pekin vaxtı ilə saat 12.02-də Çin Xalq Respublikasının şimalındakı Tsyuçan kosmodromundan həyata keçirilib. O, bu seriyanın daşıyıcıları üçün sayca 466-cısı oldu.

Qeyd edək ki, Çinin ilk Mars missiyası olan "Tianwen-1" zondunun qırmızı planetə göndərilməsi 2020 ilin iyulunda uğurla baş tutub. Marsın səthinin tərkibini, geoloji quruluşunu, meteoroloji mühitini tədqiq etmək üçün nəzərdə tutulan zond moduldan – orbital, enmə və gəzən aparatlardan ibarətdir.

Zond müxtəlif araşdırmalar aparmaq üçün aparat 2 panorama kamerası, multispektral kamera, aşkarlayıcı radar, maqnetik detektor, meteoroloji ölçü alətləri ilə təchiz olunub. Zond hazırda yer səthindən 223 milyon kilometr məsafədədir.


AzVision.az


Teqlər:





Xəbər lenti