“İmtahan zalına qumbara keçirmək istəyiblər" - Məleykə Abbaszadə

   “İmtahan zalına qumbara keçirmək istəyiblər" -    Məleykə Abbaszadə
  17 Mart 2023    Oxunub:2716
“İmtahan zalına bıçaq, qumbara və digər alətləri keçirmək istəyənlər olub. Biz bu statistikanı, kriminal xronikanı şişirtməmişik, yaymamışıq. Çünki hüquq-mühafizə orqanları bunu aşkarlayırlar və həll edirlər”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

“İmtahanda qanun-qaydanın pozulması halları hər zaman olur. Kütləvi imtahan keçirən təşkilat kimi çalışırıq ki, hər bir abituriyent üçün normal şərait olsun. İmtahan binasına daxil olanlar mütləq yoxlanılır.

Təəssüflər olsun ki, ictimai müzakirələrə başlayanda belə qaydaları pozan insanlara ictimai qınaq görmürük. Bu halları müzakirə edəndə bəzilərinin onlara yazığı gəlir. Nə üçün qaydaları pozan insanlara belə münasibət bəslənilir?

Sosial şəbəkələrdə çağırışlar olur. Biz çalışırıq ki, imtahan zallarında bir-birini tanıyan, eyni yerdə yaşayan, məktəbə gedənlər olmasın. Amma imtahana bir həftə qalmış onlar müzakirə açır və səslənirlər ki, onlarla eyni zalda kimlər olacaq. Sonra bir-birlərinə bildirirlər ki, kim hansı fəndən zəifdirsə kömək etsinlər. Lakin biz bu halları bilirik və imtahan nəzarətçisini xəbərdar edirik”,- deyə M.Abbaszadə vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti