Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb

O, G qrupunun Bolqarıstan – Monteneqro matçında ədaləti qoruyacaq. FIFA referisinə həmin qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.
Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.
Qeyd edək ki, Bolqarıstan – Monteneqro görüşü martın 24-də “Ludoqorets Arena”da keçiriləcək.
AzVision.az
Teqlər: