Millimiz Avstriyaya uduzdu

Qrupun digər matçında İsveç Belçikanı qəbul edib. Bu oyunda qonaqlar 3 cavabsız qolla qalib gəlib. Romelu Lukaku het-trik edib.
Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-i İsveçə qarşı keçirəcək.
Xatırladaq ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda bundan əvvəlki 5 qarşılaşmada qalib gəlmişdi.
24 mart
23:45. Avstriya - Azərbaycan - 4:1
Qollar:Marsel Sabitzer, 28 (1:0), Mixael Qriqoriç, 30 (2:0), Marsel Sabitzer, 50 (3:0), Emin Mahmudov, 64 (3:1), Kristof Baumqartner, 69 (4:1)
Hakimlər: Bartoş Frankovski,Marçin Boniek, Yakub Vinkler, Damian Kos (hamısı Polşa)
Linz, “Raiffeisen Arena”
AzVision.az
Teqlər: