Böyük Dəbilqə: Azərbaycanın dörd cüdoçusu mübarizəyə başlayır

   Böyük Dəbilqə:    Azərbaycanın dörd cüdoçusu mübarizəyə başlayır
  25 Mart 2023    Oxunub:1509
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
AzVision.az xəbər verir ki, yarışın ikinci günündə 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev tatami üzərinə çıxacaq.

Məmmədəliyev gürcüstanlı Mixeili Baxbaxaşvili ilə, Mirzəyev italiyalı Eduardo Mella ilə qarşılaşacaq. Orucov Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvilini, Hacıyev isə Portuqaliya cüdoçusu Anri Equtidzeni sınağa çəkəcək.

Böyük Dəbilqə

73 kq

1/32 final: Rəşid Məmmədəliyev - Mixeili Baxbaxaşvili (Gürcüstan)

1/32 final: Nəriman Mirzəyev - Eduardo Mella (İtaliya)

81 kq

1/16 final: Rüstəm Orucov - Zaur Dvalaşvili (Gürcüstan)

1/16 final: Elcan Hacıyev - Anri Equtidze (Portuqaliya)

Qeyd edək ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti