Məşhur Bollivud rejissoru öldü

Məşhur Bollivud rejissoru öldü
  25 Mart 2023    Oxunub:1410
Məşhur hindistanlı rejissor, ssenarist, aktyor və prodüser Pradip Sarkar vəfat edib.
"Bollivud Hungama"nın yaydığı məlumatda deyilir ki, Sarkar martın 24-də 67 yaşında vəfat edib. Sənətçi dializ aparatına qoşulubmuş və səhər saat üç radələrində vəziyyəti kəskin pisləşib. Sarkar təcili xəstəxanaya aparılsa da, orada vəfat edib.

O, 1955-ci ildə Kəlküttədə anadan olub. 1979-cu ildə Dehlidə kolleci fərqlənmə diplomu ilə bitirib. On yeddi il reklam sahəsində çalışıb. Sarkarın 1000-dən çox klip və reklamın ərsəyə gəlməsində əməyi olduğu deyilir. O, dəfələrlə mükafatlara layiq görülüb. Sənətçi onlarla uğurlu film və serial ərsəyə gətirib. Bunlardan misal olaraq "Evli qadın", "Yıxılan mələk", "Vur və uç!", "Cəsur" və digər hind filmlərinin adını çəkmək olar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Hindistan  





Xəbər lenti