Türkiyə futbolda Ermənistana qalib gəldi

İrəvanda keçirilən oyunda hesab 10-cu dəqiqədə açılıb. Ozan Kabakın öz qapısına vurduğu qol Ermənistanı hesabda irəli keçirib.
34-cü dəqiqədə Orxan Kökçünün rəqib qapısına vurduğu qolla hesab bərabərləşib.
63-cü dəqiqədə Kərəm Aktürkoğlunun zərbəsi ilə Türkiyə millisi irəli keçib və hesab oyunun sonunadək dəyişməyib.
AzVision.az
Teqlər: Türkiyə Ermənistan Qələbə