Türkiyədə zəlzələlərdən sonra tutuquşu satışı kəskin artıb

Türkiyədə zəlzələlərdən sonra tutuquşu satışı kəskin artıb
  27 Mart 2023    Oxunub:2293
Türkiyədə fevral ayında baş verən faciəvi zəlzələlərdən sonra quşlara, xüsusən də tutuquşulara olan maraq kəskin artıb.
AzVision.az xəbər verir ki, bu barədə “Yeni Akit” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, satış quşların əvvəlcədən yeraltı təkanları hiss etməsi ilə bağlı yayılan məlumatlar fonunda aktivləşib.

“Ümumilikdə 11 vilayətə təsir edən məlum zəlzələlərdən sonra quşların təkanları erkən hiss etməsi və qəribə davranışlar sərgiləməsi ictimaiyyətin tutuquşulara marağını artırıb”- məqalədə yazılıb.

Xüsusən də Türkiyənin Elazığ vilayətində vətəndaşlar zoomağazalara axın edirlər.

Zoomağazalardan birinin sahibi Fatih Gürbüz zəlzələlərdən sonra satışın təxminən 10 dəfə artdığını söyləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tutuquşu  





Xəbər lenti