Ancelina Coli siyasətçi olmaq istəyir

Ancelina Coli siyasətçi olmaq istəyir
  23 May 2014    Oxunub:1311
Amerika aktrisası Ancelina Coli ABC-yə müsahibəsində karyerası və ailəsi ilə bağlı gələcək planlarından danışıb.
Hollivud ulduzu bildirib ki, məmnuniyyətlə özünü siyasət sahəsində sınayardı: “Lakin məni ciddi qəbul edəcəklərinə, effektli olacağıma əmin deyiləm”.

Əvvəllər aktrisa şəxsi həyatının ictimaiyyəti razı salmayan çoxsaylı təfərrüatı üzündən hər dəfə siyasətlə məşğul olmaq imkanını rədd etmişdi.

Aktrisa onu da bildirib ki, Bred Pitlə toylarının tarixini hələ də təyin etməyiblər. Lakin bu məsələni tez-tez müzakirə edirlər. Belə müzakirələr vaxtı uşaqlarından birinin toyda peyntbol oynamağı təklif etdiyini bildirən Coli demişdir: “Əsas məsələ, uşaqları şənləndirməkdir”.



Teqlər:





Xəbər lenti