“Qarabağ tam şəkildə Azərbaycanın tərkib hissəsi olacaq” - Aleksandr Razuvayev

   “Qarabağ tam  şəkildə Azərbaycanın tərkib hissəsi olacaq” -    Aleksandr Razuvayev
  28 Mart 2023    Oxunub:5758
“Rusiya rəhbərliyi bütün diqqətini Ukraynaya yönəldib, odur ki, əlavə başağrısı istəmir. Ermənistan isə daimi başağrısıdır. Ermənistan hələ də Rusiyanın ona nəsə borclu olduğunu düşünür”.
Bunu AzVision.az -a rusiyalı ekspert Aleksandr Razuvayev deyib. Onun sözlərinə görə, Rusiya üçün əsas odur ki, Güney Qafqazda sülh olsun:

- Rusiya rəhbərliyi Azərbaycanın 2020-ci ilin payızında müharibədə qalib gəlməsi reallığını qəbul edir. Bundan da çıxış etmək lazımdır. Ermənistan Moskvadakı lobbisinə çox arxalanır. Amma Rusiya Ermənistanın tərəfində döyüşməyəcək. Ciddi büdcə kəsirini nəzərə alsaq, Rusiyadan hər hansı böyük subsidiyaların olması da mümkün deyil.
80/20-dən 60/40-a: “Rusiya indi daha çox azərbaycanpərəstdir” – Sergey Markov

Ekspert bildirib ki, Qərbin regiona daxil olması Moskvanı qıcıqlandırır, Ermənistan isə Qarabağ məsələsini uzatmaq üçün yollar axtarır: "Qərb Rusiyanı zəiflətmək üçün Ermənistandan öz maraqları naminə istifadə edir, ermənilərsə vəziyyəti öz xeyirlərinə dəyişməyə ümid edirlər. Lakin bu mümkün deyil”.

Razuvayevin sözlərinə görə, Qarabağ məsələsi ilə bağlı danışıqların nə qədər davam edəcəyi aydın deyil, amma gec-tez rus sülhməramlıları oradan gedəcəklər.

“Qarabağ tamamilə Azərbaycanın tərkib hissəsi olacaq, yerli ermənilər ya Qarabağı tərk edəcək, ya da Azərbaycan vətəndaşı olacaqlar.

Qərbə gəlincə, o, Qafqazdan uzaqdır, Rusiya isə yaxındadır. Yaxınlıqda başqa bir vacib oyunçu Türkiyədir. Moskva, Bakı və Ankara həmişə razılaşacaqlar. Qərb Güney Qafqazda heç nə əldə edə bilməyəcək”, - o vurğulayıb.

Murad Nəcəfov
AzVision.az


Teqlər:   Qarabağ   Sülhməramlı  





Xəbər lenti