Ruslar Avropa Oyunlarına buraxılmayacaqlar

   Ruslar Avropa Oyunlarına buraxılmayacaqlar
  29 Mart 2023    Oxunub:1309
Avropa Oyunlarının təşkilat komitəsinin sədri Marçin Novak Beynəlxalq Olimpiya Komitəsinin (BOK) son bəyanatlarına baxmayaraq, yarışlarda Rusiya və Belarus idmançılarının olmayacağını bildirib.
“Rusiya Federasiyası və Belarusu təmsil edən idmançılar heç bir bəhanə ilə bizim oyunlarda olmayacaqlar”, - deyə Novak bildirib.Novak çıxışında əlavə edib ki, əgər ayrı-ayrı federasiyalar Avropa Oyunlarında idmançıları Olimpiya Oyunlarına hazırlıq imkanından məhrum edərlərsə, yarış baş tutmaya bilər.

Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək Polşa şəhərlərində keçiriləcək. Martın 28-də İsveçrədə BOK-un İcraiyyə Komitəsinin iclasının birinci günü keçirilib. İclasda Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılması məsələsi müzakirə olunub.

Təşkilat idmançıların hərbi əməliyyatları dəstəkləməkdə fəal iştirak etmədiyi təqdirdə ruslara neytral statusun verilməsini tövsiyə edib. Hüquq-mühafizə orqanlarını və silahlı qüvvələri təmsil edən idmançılar yarışa buraxılmayacaqlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti