“Güney Qafqazda hərbi gərginlik Rusiyaya lazım deyil” - Pavel Klaçkov

   “Güney Qafqazda hərbi gərginlik Rusiyaya lazım deyil” -    Pavel Klaçkov
  29 Mart 2023    Oxunub:1771
“Kollektiv Qərb Moskvanın təsirini azaltmağa, yaxud sadəcə Güney Qafqazda sabitliyi pozmağa çalışsa da, Rusiya bu istiqamətində fəal oyunçu kimi qalmaqda davam edir”.
Bu sözləri AzVision.az-a rusiyalı ekspert Pavel Klaçkov deyib. O bildirib ki, Qərb bu istiqamətdə uğur qazansa belə, məhdud çərçivədə baş verir. Sonradan hər şey əvvəlki məcrasına qayıdır: “Rusiya sülh prosesinə strateji planda kömək etməyə, görüşlərin mövzularını bilavasitə işləyib hazırlamağa, öz platformalarını təklif etməyə və Azərbaycanla Ermənistan arasında dialoqa kömək etməyə hazırdır”.

Ekspert deyir ki, heç kim Rusiyanın Azərbaycana dost dövlət kimi baxmasına şübhə etməməlidir. “Biz daim əməkdaşlıq edirik, bunu iki ölkə arasında bu yaxınlarda imzalanmış pensiya təminatı sazişi də sübut edir. Ölkələrimiz daim mehriban qonşuluq münasibətindədir. Bütün bu təşəbbüslərin dinc şəraitdə baş tutması çox vacibdir”,- o vurğulayıb.

Pavel Klaçkovun sözlərinə görə, hərbi toqquşmalar bəzi qüvvələrə Rusiyanın diqqətini yayındırmaq üçün lazımdır ki, o öz resurslarını buna sərf etsin. Moskva isə buna ehtiyac olmadığını başa düşür və müvafiq olaraq, sülh prosesinin bütün maraqlı tərəflərin, Qafqazda yaşayan xalqların maraqlarına uyğun həyata keçirilməsini təmin etmək üçün əlindən gələni edir. “Bu, hörmət, yardım və dəstək siyasətidir”, - P.Klaçkov fikrini yekunlaşdırıb.

Seymur Məmmədov
AzVision.az




Teqlər: Rusiya   Güney-Qafqaz   Qarabağ  





Xəbər lenti