Ermənilər Qəddafiyə silah daşıyırmış

Ermənilər Qəddafiyə silah daşıyırmış
  11 Aprel 2013    Oxunub:1433
Ermənistan Qəddafiyə silah daşıyan ölkələr siyahısında
Bu gün BMT Təhlükəsizlik Şurasına 2011-ci ilin əvvəllərindən Liviyada başlayan vətəndaş müharibəsindən sonra təşkilatın ölkəyə silah daşınmasına qoyduğu embarqonun pozulması ilə bağlı hesabat təqdim edilib. Hesabatda beynəlxalq qadağanı pozan 12 ölkənin adı hallanır. Liviyaya silah daşıyan ölkələr arasında Ukrayna, BƏƏ, Albaniya kimi ölkələrlə yanaşı Ermənistan da var. Bu ölkələr Qəddafi rejiminə yalnız yüngül deyil, ağır silahlar, zenit raket kompleksi, mina, partlayıcı qurğular da göndərib. Göndərilən silahın həcmi və dəyəri isə hələ dəqiqləşdirilir.

Bu məsələ ilə məşğul olan, beş beynəlxalq ekspertdən ibarət qurum on dəfən çox Liviyada, 15 yaxın Şərq ölkəsində, Afrika və Avropada olub. Ekspertlərin hazırladığı 94 səhifəlik hesabatda Muəmmər Qəddafiyə göndərilən qanunsuz silahların göndərilmə sxemi bütün detalları ilə təsvir edilib.



Teqlər:





Xəbər lenti