Məşhur musiqi meneceri Seymur vəfat etdi

Məşhur musiqi meneceri Seymur vəfat etdi
  03 Aprel 2023    Oxunub:1745
Məşhur amerikalı musiqi meneceri, "Sire Records"un həmtəsisçisi və "Warner Brosersin" keçmiş vitse-prezidenti Seymur Steyn vəfat edib.
O, aprelin 2 - i səhər saatlarında Los-Ancelesdə dünyasını dəyişib.AzVision.az xəbər verir ki, bu barədə mediaya onun qızı, prodüser və rejissor Mendi Steyn məlumat verib. Amerikalı təcrübəli menecerin ölüm səbəbi xərçəng xəstəliyi göstərilib.

Seymur 1970-80-ci illərin musiqi qruplarında öz imzazısını qoyub və Madonnadan "The Ramones", "The Smiths"ə qədər geniş arealda sənətçilərlə çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Menecer  





Xəbər lenti