Türkiyənin sənaye və texnologiya naziri AzTU-da

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da
  04 Aprel 2023    Oxunub:1306
Ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Texniki Universitetində (AzTU) görülən işlər və həyata keçirilən yeniliklərlə yaxından tanış olublar.
AzTU-dan AzVision.az -a bildirilıb ki, rektor Vilayət Vəliyev qonaqları AzTU-da universitet-sənaye əməkdaşlığı, “Bilişim Vadisi Bakı”, sahibkarlığın inkişafı istiqamətində KOBİA tərəfindən yaradılacaq mərkəz, o cümlədən müxtəlif sosial infrastrukturlarda aparılan yenidənqurma işləri ilə tanış edib. Həmçinin universitet haqqında qonaqlara ətraflı məlumat verib.

“Bilişim Vadisi”nin baş direktoru və idarə heyətinin üzvü Ahmet Serdar İbrahimcioğlu bildirib ki, mərkəz tərəfindən AzTU-da qurulan “Bilişim Vadisi Bakı”da universitetin bütün strukturları ilə əlaqələndirilməklə beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstəriləcək.

“CezeriLab” laboratoriyası ilə tanışlıq zamanı qonaqlara burada görülən işlər, tələbələrin layihələri, startap üzrə beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələr barədə məlumat verilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti