“Şrek” cizgi filminin beşinci hissəsi çəkilir

   “Şrek” cizgi filminin beşinci hissəsi çəkilir
  05 Aprel 2023    Oxunub:1964
Amerikanın DreamWorks Animation kinostudiyası “Şrek” cizgi filminin beşinci hissəsi üzərində işə başlayıb. Bu barədə Variety məlumat yayıb.
Prodüser Kristofer Meledandri bildirib ki, hazırda təşkilat layihənin əvvəlki hissələrində əsas personajları səsləndirən aktyorlarla fəal danışıqlar aparır. “Şrek”i səsləndirən Mayk Mayers, Fionanı səsləndirən Kemeron Diaz və daha əvvəl “Eşşək”i səsləndirən Eddi Merfi ilə müzakirələr gedir.

“Biz heyətin geri dönəcəyini gözləyirik. Danışıqlar başlayır və indiyə qədər əldə etdiyimiz hər şey sənətçilərin böyük həvəslə qayıtmaq istədiklərini göstərir", - Meledandri bildiirb.

Filmin prodüseri əlavə edib ki, studiya həmçinin əsas personajlardan biri olan "Eşşək" obrazına həsr olunmuş spin-off yaratmağı da nəzərdən keçirir.

Yanvar ayında Eddi Merfi öz personajını yenidən səsləndirmək arzusunu bildirmişdi və həmçinin qeyd etmişdi ki, "Eşşək" obrazı ona həsr olunmuş ayrıca cizgi filminə layiqdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti