Rihanna və Kardaşyan Forbesin milyarderləri siyahısında

   Rihanna və Kardaşyan   Forbesin milyarderləri siyahısında
  05 Aprel 2023    Oxunub:1525
Barbadoslu 34 yaşlı müğənni Rihanna, reper Cey Zi, eləcə də pornoulduz Kim Kardaşyan Forbes milyarderlər siyahısına daxil olub. Bu barədə Daily Mail yazır.
Rihanna siyahıda 1,4 milyard dollarla 2002-ci yeri tutub. Onun ötənilki sərvəti isə 1, 7 milyard dollar idi. O, Fenty brendi altında kosmetika və alt paltarı istehsalı biznesinə qoşulıduqdan sonra gəlirini artırıb.

“Titanik”in 76 yaşlı rejissoru Stiven Spilberq 4 milyard dollar sərvəti ilə 694-cü yerdə qərarlaşıb. Kim Kardaşyan 2259-cu yerdə qərarlaşıb. Lakin bir il ərzində onun sərvəti 1,9 milyard dollardan 1,2 milyard dollara düşüb.

Reper Cey-Zin sərvəti 1,4 milyard dollardan 2,5 milyard dollara yüksəlib və o, hazırda siyahıda 1217-ci yerdədir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti