Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir

Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir
  11 Aprel 2013    Oxunub:1284
Rusiyanın hərbi bazası fəal şəkildə təchiz edilir: yeni naviqasiya sistemləri əldə edilib.
Cari ildə Rusiyanın Ermənistandakı hərbi bazası 200-dən çox müasir naviqatorlarla təchiz edilib. Həmin hərbi bazadan verilən məlumata görə “Perunit”, “Qrot” və ”Briz” cihazları QLONASS və GPS naviqasiya sistemlərinə uyğun gəlir və kifayət qədər etibarlı və dəqiqdirlər.

Sözügedən naviqatorlar ən azı mənfi 30 və ən çox müsbət 55 dərəcə temperaturda 12 saat aktiv rejimdə işləmək qabiliyyətinə malikdirlər. Hər cür hava şəraitinə, yağışa ,qara davamlıdırlar. Bununla yanaşı onlar 200-dək marşurutu müəyyən etmək üzrə proqramlaşdırıblar.

Tətbiq edilən sistemlər atəşə hazırlıq və atəşin idarə edilməsi eləcə də, hədəfin topoqrafik koordinatlarını müəyyən etməyə imkan verir.

Məlumata görə naviqasiya cihazlarının kəşfiyyat, motoatıcı, artilleriya və digər hərbi bölmələrdə praktik istifadəsi üzrə təlimlər yay aylarında başlayacaq.

Qeyd edək ki, Ermənistanda Rusiya hərbi bazası 1995-ci ildə Moskva və Yerevan arasında imzalanmış dövlətlərarası müqaviləyə əsasən fəaliyyət göstərir. 2010-cu ildə sənədə edilən dəyişikliyə əsasən bazanın Ermənistanda fəaliyyət müddəti 25 ildən 49 ilədək uzadılıb. 2010-cu il, avqustun 20-də imzalanmış protokola görə “ Ermənistan ərazisində mövcud olduğu müddətdə Rusiya hərbi bazası Rusiya Federasiyasının maraqlarına xidmət etməklə yanaşı , Ermənistan silahlı qüvvələri ilə birgə Ermənistan Respublikasının təhlükəsizliyini də təmin edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti