Rusiya Suriyaya silah satır

Rusiya Suriyaya silah satır
  14 Fevral 2013    Oxunub:2984
“İnterfaks” xəbər agentliyinin yaydığı xəbərə görə, adının açıqlanmasını istəməyən hərbi diplomatik mənbə,"Pantsir-S1" təyyarələrinin gəmilərlə Suriya aparıldığını bildirib.
“Hər şey qanunidir və əvvəlcədən razılaşdırılmış plan əsasında həyata keçirilir” deyən mənbənin məlumatına görə, təyyarələr artıq Tartus limanındadır. Verilən açıqlamada təyyarələrin eləcə də digər hərbi sursatların sayı göstərilməyib. İnterfaks agentliyi məlumatın rəsmilər tərəfindən təsdiq edilmədiyini də vurğulayıb.
Rusiyanın silah ixracatçısı olan “Rosoboronexport” şirkətinin prezidenti Anatoli İsayl isə keçirdiyi mətbuat konfransında Suriyaya `İsgəndər` roketləri və bənzəri hərbi silahları satmadıqlarını deyib.
Xatırladaq ki, Suriyanın yerə endirdiyi Türk reaktivini məhz Pantsir-S1 təyyarəsi ilə vurduğu iddia olunurdu.


Teqlər:  





Xəbər lenti