Xalq artisti İranə Tağızadə dəfn olunub - YENİLƏNİB

   Xalq artisti İranə Tağızadə dəfn olunub -  YENİLƏNİB
  10 Aprel 2023    Oxunub:2210
Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə dəfn olunub.
AzVision.az xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

***
Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə ilə vida mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərhumun nəşi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, İ.Tağızadə ötən gün səhər saatlarında vəfat edib.

AzVision.az


Teqlər:





Xəbər lenti