“Əgər erməni sülh istəmirsə...” – Ədalət Verdiyevin cavabı

   “Əgər erməni sülh istəmirsə...” –    Ədalət Verdiyevin cavabı
  10 Aprel 2023    Oxunub:3880
Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın “Azatutyun” radiosuna verdiyi müsahibədə bildirmişdi ki, “Qarabağın təhlükəsizlik məsələsi təmin edilməsə, Paşinyan hökuməti sülh müqaviləsi imzalamaq fikrində deyil". Bu, Bakı ilə İrəvan arasında gedən passiv danışıqları tamamilə sıfırlamaq demək idi.
Ətrafında 8 fransız və 15 alman polisi görən Qriqoryan lazım olduğundan da çox cəsarətlənib. O, Azərbaycanı "Yeni müharibə - yeni ərazilər" bəyanatı ilə hədələyən keçmiş müdafiə naziri David Tonoyanın və ölü donuz iyi verənə qədər döyülən keçmiş spiker, indiki xarici islər naziri Ararat Mirzoyanın acı taleyini unutmamalıdır. Əks halda Armenin səfeh bəyanatlarla fəlakətlərə sürüklədiyi ermənilər onun boynundakı qalstukunun təyinatını dəyişməli olacaqlar.

Ermənistana həqiqətən də Azərbaycanla sülh lazım deyilsə, ruslar erməni silahlısını və texnikasını Qarabağdan çıxarmırsa, İrəvan Zəngəzur dəhlizini açmırsa, o zaman sülh bizə heç lazım deyil. Bizə sülh erməni Ağdam, Tərtər, Naftalan və ya Horadiz istiqamətindəki kəndlərdə yaşayan mülki əhalimizə atəş açanda lazım idi. İndi isə qəhrəman Silahlı Qüvvələrimiz erməni ordusunu darmadağın etməklə həm düşməni fərariyə çevirib, həm də hərbi əməliyyatlar teatrını Horadiz-Ağdam-Tərtər-Goranboy-Naftalan xəttindən Cəmbərək-Basarkeçər-İstisu-Qarakilsə-Gorus-Qafan xəttinə keçirib.

Azərbaycan Əsgəri bu gün Qərbi Zəngəzurun böyük bir hissəsinə, o cümlədən, İrəvan-Qafan yoluna nəzarət, Qarakilsəni mühahidə edirsə, İstisu rayonunun mərkəzindən 4 km, Göyçə gölündən 3 km məsafədədirsə, o zaman parabeyin Armen Qriqoryandan soruşuram: Ermənistan müstəqillik dövrünün ən əzilmiş vəziyyətindədirsə, sülh daha çox kimə lazımdır?

Əgər 21-ci əsrin fərari ordusuna malik Ermənistan doğrudan da danışıq və sülh istəmirsə, biz bunu dünəndən istəmirik. Siyasətçilərin sülh, diplomatlarin danışıq yolunu seçməsi normaldır, hərbçilər isə Armen kimi “quş buraxan” və Qarabağ məsələsini qabartmağa çalışan isti erməni (para)beyinlərini ən geci 1 həftədə soyutmaq üçün “Dəmir Yumruğu” daim havada hazır tutmalıdır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Hərb-və-Sülh   Ermənistan   Qarabağ  





Xəbər lenti