Tünzalənin qızı seriala çəkilir - Foto

   Tünzalənin qızı seriala çəkilir -    Foto
  12 Aprel 2023    Oxunub:2517
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir.
AzVision.az xəbər verir ki, o, bir vaxtlar anasının rol aldığı "Qaratikan" serialında rol alacaq. O, bir neçə gün əvvəl çəkiliş meydançasında olub.

Aktrisa Xuraman Əlizadə Zəhranın fotosunu paylaşaraq "Sabahəli bildi ki, çəkiliş meydançasına bizim Toppuşumuz, Tünzalənin nişanəsi olan Zəhra gəlib, dedi, apar onu görüm. Əlbəttə, apardım. Siz onların görüş anını görəydiniz. Allah bütün balaları saxlasın" sözlərini yazıb.

Qeyd edək ki, Tünzalə uzun sürən xərçəng xəstəliyindən sonra yanvarda dünyasını dəyişib. Toppuş bacı ləqəbli aktrisa sözügedən ekran işində Qaragilə obrazını canlandırırdı.

AzVision.az


Teqlər:





Xəbər lenti