Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular- SİYAHI

   Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular-    SİYAHI
  14 Aprel 2023    Oxunub:1028
Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb.
Federasiyadan AzVision.az -a verilən məlumata görə, ilin ən mötəbər yarışı olan mundiala Qətər ev sahibliyi edəcək.

7-14 may tarixlərində Dohada keçiriləcək çempionatda Azərbaycan cüdo üzrə milli yığma komandası 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.

Mundialda cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 7-13 may tarixlərində, komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”-da keçiriləcək. Fərdi yarışlarda təmsil edəcək Azərbaycan milli yığmasını heyətini təqdim edirik:

Qadınlar

48 kq.

Leyla Əliyeva

Könül Əliyeva

52 kq.

Gültac Məmmədəliyeva

Aydan Əliyeva

Kişilər


60 kq.

Balabəy Ağayev

Turan Bayramov

66 kq.

Orxan Səfərov

73 kq.

Hidayət Heydərov

81 kq.

Səid Mollayi

90 kq.

Məmmədəli Mehdiyev

Murad Fətiyev

100 kq.

Zelim Kotsoyev

+100 kq.

Uşanqi Kokauri

AzVision.az


Teqlər:





Xəbər lenti