Yanı daha gözəl deyil: Əsgərimizin yaraladığı polkovnik Gözəlyan əslində kim imiş...

      Yanı daha gözəl deyil:    Əsgərimizin yaraladığı polkovnik    Gözəlyan əslində kim imiş...
  14 Aprel 2023    Oxunub:8529
Ermənistanın başbil(məy)ənləri yenə də “analoqu olmayan” yeniliyə imza atıblar. Onurğasız ölkənin baş “strateqləri” Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını Baş qərargahın xüsusi təyinatlı ordu korpusuna tabe ediblər.
Xüsusi təyinatlı ordu korpusunun komandanı polkovnik Gözəlyanın aprelin 11-də erməni sərhədçilərin xidmət apardığı və təxribat törətdiyi ərazidə olması hamını təəccübləndirmişdi. Yumşaq yerindən yaralanan Gözəlyanın təxribat planlaşdırılan əraziyə gəlməsini əvvəlcə bu məntəqənin əlavə xüsusi təyinatlı heyətlə gücləndirilməsilə əlaqələndirdim. Dünən isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat İdarəsinin rəis müavini Aşot Xaçatryan aprelin 1-də Milli Təhlükəsizlik Xidmətinin sərhədçilərinin Gorus rayonunun Dığ kəndində niyə yerləşdirilməməsi və Azərbaycan Silahlı Qüvvələrinin niyə irəliləməsi ilə bağlı sualı cavablandırarkən məsələyə aydınlıq gətirib. Aşot bütün cavabdehliyin Baş qərargaha və onun tabeliyindəki ordu korpusunun komandanı, qurşaqdan aşağısı artıq gözəl olmayan polkovnik Gözəlyana aid olduğunu deyib.

Başqa sözlə desək, Əsgərimizin Gözəlyanı arxasından yaralayaraq “aşsüzənə” döndərməsi həm ermənilərin xüsusi təyinatlı ordu korpusunu, həm də bu korpusa tabe olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını başsız qoyub.

Dığda baş verənlərə görə “günah keçisinin” axtarışlarının nəticəsi olaraq 2020-ci il oktyabrın 26-dan Ermənistan MTN-nin Sərhəd Qoşunlarının komandanı təyin edilən polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edildi. Polkovnik Gözəlyan arxasından ağır yaralanmasaydı, Nikol yəqin ki, onu da vəzifədən azad edəcəkdi. İndi Ermənistanın Baş Qərargah rəisi vəzifədən azad edilmə növbəsinin ona çata biləcəyindən narahatdır.

Nə isə. Nəticə etibarilə ermənilərin yenə “unikal və analoqsuz” hərbi struktur yaratdıqları ortadadır. Adətən bütün dünyada korpus qoşunun ya xidmətin tərkibində olur, ermənilərdə isə tərsinədir. İstənilən halda, kim kimin tərkibində, düzünə ya tərsinə olmasına baxmayaraq, Əsgərimiz üçün həddini aşan düşməni “tərsinə yəhərləmək” məsələsi aktual olacaq. Ən azı sülh müqaviləsi imzalanana və sərhədlər delimitasiya olunana qədər. Sonrasına baxarıq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ermənistan   Dığ   Təxribat  





Xəbər lenti