Marsda aşkarlanan sünbülvari struktur sümük qalığıdır? - FOTOLAR

   Marsda aşkarlanan sünbülvari struktur sümük qalığıdır?    - FOTOLAR
  14 Aprel 2023    Oxunub:5090
NASA-nın hazırda Mars planetində fəaliyyət göstərən "Curiosity" aparatı skeletə bənzəyən qəribə strukturlar aşkarlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Dailymail" məlumat yayıb. Mütəxəssislərdən biri görünütüləri şərh edərək deyib ki, bu onun indiyədək qırmızı planetdə gördüyü ən qəribə strukturdur.

Robot tərəfindən çəkilən fotoya düşən qaya normal avtomobil ölçüsündə olub. O, 96 mil (154 km) uzunluğundakı Qeyl kraterinin dibində imiş. Sümbülə bənzər qayadan olan ideal çıxıntılar bir sıra suallar yaradıb.

Foto aprelin 1-də çəkilib və hazırda qayanın təbii proseslər nəticəində bu hala düməsi və ya hansısa sensasiyalı orqaniq qalıqlar olması ilə bağlı çoxsaylı fərziyyələr irəli sürülür.

Qeyd edək ki, "Curiosity" NASA-nın Mars Elm Laboratoriyası (MSL) missiyasının bir hissəsi olaraq 2012-ci ilin avqust ayından etibarən Qeyl kraterində araşdırmalar aparır.





Tural Tağıyev
AzVision.az



Teqlər: Mars   NASA  





Xəbər lenti