Bayden Ledi Qaqaya vəzifə verdi

   Bayden Ledi Qaqaya vəzifə verdi
  14 Aprel 2023    Oxunub:1734
ABŞ prezidenti Co Bayden müğənni və aktrisa Ledi Qaqanı İncəsənət və Mədəniyyət Komitəsinin həmsədri təyin edib. Bu barədə Ağ Evin saytında yerləşdirilmiş prezidentin fərmanında deyilir.
Vurğulanır ki, Ledi Qaqa tarixdə kommersiya baxımından ən uğurlu qadın musiqiçilərdən biridir.

Ümumilikdə, o, 13 Grammy mükafatı alıb və təxminən 170 milyon albom satıb. O, həmçinin Forbes jurnalına görə dünyanın ən nüfuzlu qadınından biridir. Müğənni xeyriyyə işləri ilə də məşğul olur və cinsi azlıqların hüquqlarını dəstəkləyir.

O, həmçinin Baydeni universitet şəhərciklərində cinsi təcavüzə qarşı “İt's On Us” ictimai hərəkatına dəstək olmaq üçün səfərdə müşayiət edib. 2012-ci ildə Qaqa anası ilə birlikdə çətin vəziyyətlərdə olan yeniyetmələrə dəstək olmaq üçün “Born This Way" fondunu təsis edib.

“Amerika gözəli” (1999) kult filmi üzərində işləyən prodüser Brüs Koen komitənin digər sədri təyin edilib. Komitəyə onlardan başqa daha 22 nəfər, o cümlədən musiqiçi Con Batiste, aktyor Corc Kluni, ssenarist Şonda Rayms və başqaları daxil edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti