Firəngiz Mütəllimovaya ağır itki

Firəngiz Mütəllimovaya ağır itki
  14 Aprel 2023    Oxunub:1816
Xalq artisti Firəngiz Mütəllimovaya ağır itki üz verib.

AzVision.az xəbər verir ki, aktrisanın İlham adlı qardaşı dünyasını dəyişib. O, bu gün vəfat edib.

Əməkdar artist Elşən Cəbrayılov Axşam.az-a açıqlamasında bildirib ki, mərhum ürəyindən əziyyət çəkirmiş:

"Bir neçə il əvvəl ürəyindən əməliyyat olunmuşdu. Həyatdır, indi də yatıb durmayıb. Firəngiz xanımın yeganə qardaşı idi".

AzVision.az



Teqlər:





Xəbər lenti