Pianoçudan qanqsterə qədər: 50 yaşlı Adrien Brodi

   Pianoçudan qanqsterə qədər:    50 yaşlı Adrien Brodi
  15 Aprel 2023    Oxunub:2163
Aprelin 14-də amerikalı aktyor və prodüser Adrien Brodinin 50 yaşı tamam olur.
AzVision.az xəbər verir ki, o, 1973-cü ildə Nyu-Yorkda anadan olub.

Karyerası ərzində 60-dan çox filmə çəkilib. Roman Polanskinin “Pianoçu” filmindəki polyak-yəhudi musiqiçisi Vladislav Şpilman rolundan sonra dünya şöhrəti qazanıb. Brodi 2003-cü ildə 29 yaşında Oskar mükafatı alıb.

O, İncə qırmızı xətt (1998), Pianoçu (2002), Sirli eşə (2004), Gödəkçə (2005), Kinq Konq (2005) kimi məşhur filmlərdə rol alıb. Brodinin özünün dediyinə görə, uşaqlıqdan aktyor olmaq arzusunda olub. İndi 9974 nömrəli asteroid onun adını daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti