Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır
  17 Aprel 2023    Oxunub:1589
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək.
AzVision.az xəbər verir ki, yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Bu gün 5 sərbəst güləşçimiz mübarizəyə başlayacaq.

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

70 kq-da Hacı Əliyevin təsnifatdakı rəqibi Canluka Talamo (İtaliya) olacaq.

79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavi (UWW) ilə görüşəcək.

97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honislə (İtaliya) qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti