"CinemaPlus”da türk komediyası “Hava muhalefeti” - VİDEO

 "CinemaPlus”da türk komediyası “Hava muhalefeti” -    VİDEO
  17 Aprel 2023    Oxunub:2656
“CinemaPlus” kinoteatrlar şəbəkəsində 13 aprel tarixindən etibarən Türkiyənin “Hava muhalefeti” komediyasının nümayişi başlayıb.
AzVision.az xəbər verir ki, filmin rejissorluğunu Murat Kepez edib. Baş rolları isə Ali Sunal, Doğa Rutkay, Ege Kökenli, Burak Hakkı canlandırıb.

Film haqqında qısa məlumat: Millət vəkilliyinə namizəd olan Cemil Yıldırım sevgilisi Gözde ilə həftəsonu tətili planlayır. Ancaq Bodruma uçan təyyarəyə mindikləri zamandan etibarən, sadə həftəsonu tətili böyük və əyləncəli səyahətə çevrilir. Həm Cemil və Gözde, həm də təyyarədəki digər sərnişinlər onları gözləyən sürprizdən xəbərsiz olaraq gülə-gülə yola çıxırlar.



AzVision.az


Teqlər:





Xəbər lenti