Çexiyada bir ilk: İmtahan nəticələrini süni intellekt yoxladı

  Çexiyada bir ilk:  İmtahan nəticələrini süni intellekt yoxladı
  17 Aprel 2023    Oxunub:2980
Çexiyada ilk dəfə olaraq riyaziyyatdan imtahanların nəticələrini yoxlamaq üçün süni intellektdən istifadə edilib. Səhv nisbəti insanla müqayisə edilə biləcək dərəcədə olub.
AzVision.az xəbər verir ki, bu barədə Çex Radiosu məlumat yayıb.

"Bu il ilk dəfə olaraq bəzi tapşırıqları sınaqdan keçirmək üçün süni intellektdən istifadə etdik. Daha dəqiq desək, biz ondan süni intellektdə səhv şansının minimal olduğu sadə riyaziyyat tapşırıqlarını yoxlamaq üçün istifadə etdik", - imtahan keçirən CERMAT şirkətinin rəhbəri Miroslav Kreyci deyib.

Təşkilat süni intellektdən istifadə edərək təxminən 100 min tapşırığı sınaqdan keçirib və səhv nisbəti insanın buraxa biləcəyi yanlışlıqla müqayisə edilib. Radio xəbər verir ki, tədqiqatın obyekti IX siniflər üçün riyaziyyatdan imtahan tapşırıqları olub.

İmtahanları yoxlayan müəllimlərin süni intellektlə əvəzlənməsi ilə bağlı suala gəldikdə isə Kreyci bildirib ki, onların sayı azalmayacaq. Lakin süni intellektdən istifadə tapşırıqların daha sürətli yoxlanılmasına kömək edəcək.

Tural Tağıyev
AzVision.az


Teqlər: Süni-İntellekt  





Xəbər lenti