"Avropa İttifaqı Azərbaycanın Paris Sazişinə uyğun addımlarını dəstəkləyir"

 "Avropa İttifaqı Azərbaycanın Paris Sazişinə uyğun addımlarını dəstəkləyir"
  18 Aprel 2023    Oxunub:4547
"Azərbaycanın milli səviyyədə müəyyən edilmiş öhdəliklərini yeniləmək və təkmilləşdirmək qərarı,habelə iqlim dəyişikliyi qanunvericiliyini Avropa İttifaqı standartlarına uyğun planlaşdırılması dəstəklənir".
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Piter Mixalko deyib. Onun sözlərinə görə, Azərbaycanda aşağı emissiyalı və iqlimə davamlı müqavimətli addımların milli inkişaf planına inteqrasiya edilməsi üçün milli potensial yaratmaq təşəbbüsü təqdirəlayiqdir.

" Avropa İttifaqı, iqlim neytrallığı və davamlı inkişafın təşviqi, inklüziv "yaşıl" və dairəvi iqtisadiyyat növlərinə keçid, ekosistemlərin və təbii sərvətlərin qorunması və davamlı istifadəsi, həmçinin qlobal ümumi malların qorunması üzrə beynəlxalq əməkdaşlığa böyük önəm verir. "“EU4Climate” Proqramı çərçivəsində Azərbaycan hökuməti ilə tərəfdaşlıq edən Avropa İttifaqı, ölkənin Paris Sazişinin şərtlərinə uyğun olaraq atdığı addımları dəstəkləyir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti