“NASA peyki Yerə düşə bilər”

“NASA peyki Yerə düşə bilər”
  19 Aprel 2023    Oxunub:1134
ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinə (NASA) aid istismardan çıxarılan peykin Yerə düşə biləcəyi açıqlanıb.
AzVision.az xəbər verir ki, bu haqda NASA və ABŞ Müdafiə Nazirliyi açıqlama yayıb.


Bildirilib ki, “Rhessi” peyki ABŞ-nin şərq sahili saat qurşağına görə axşam saatlarında atmosferə girəcək.

272 kiloqramlıq kosmik gəminin böyük hissəsinin atmosferdəki səyahəti zamanı yanacağı, lakin bəzi hissələrinin Yerə düşəcəyi gözlənilir. Dünyada hər kəsə zərər vurma riskinin az olduğu vurğulanaraq, bu ehtimalın təxminən 2467-də 1 olduğu bildirilib.

Qeyd edək ki, 2002-ci ildə orbitə buraxılan peyk 2018-ci ilə qədər 100 000-dən çox günəş hadisəsini çəkib.

AzVision.az



Teqlər:





Xəbər lenti