İmtahan nəticələri elan olunub
İmtahanda iştirakı nəzərdə tutulan 68 nəfərdən 1 nəfər imtahana gəlməyib. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 28 aprel 2023‑cü il tarixində onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2023-cüi il 25 aprel saat 10:00-dan 27 aprel saat 17:00-dək DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
AzVision.az
Teqlər: