İsmayıl Ömərov 1 il sonra – EKSKLÜZİV FOTOLAR

İsmayıl Ömərov 1 il sonra – EKSKLÜZİV FOTOLAR
  26 May 2014    Oxunub:4518
Tanınmış jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkətinin keçmiş baş direktoru İsmayıl Ömərov vəzifədən getdikdən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.
AzVision.az xəbər verir ki, ötən ilin aprel ayında İTV ilə yolları ayrılan İ.Ömərov bir ilə yaxın idi jurnalistlərdən uzaq gəzirdi. O demək olar ki, əksər hallarda müsahibə vermək istəmirdi.

Təsadüf nəticəsində İTV-nin sabiq şefi Dənizkənarı Milli Parkda dincələrkən kameralarımızın obyektivinə tuş gəlib.

Müxbirimiz israr etsə də İ.Ömərov müsahibə verməkdən imtina edib. Buna baxmayaraq İ.Ömərovun şəkillərini çəkə bildik.

Qeyd edək ki, 2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olan İ.Ömərov 2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. Ötən ilin aprel ayında isə onu İTV-də Cəmil Quliyev əvəz edib.

Fotolar: Nuran Məmmədov

Qalereya




Teqlər:





Xəbər lenti