Dilarə qəzadan sonra ilk verilişini çəkdi

   Dilarə qəzadan sonra ilk verilişini çəkdi
  23 Aprel 2023    Oxunub:1822
Dilarə Əliyeva “SOY” prodakşının rəhbəri Oqtay Əliyevin ölümündən sonra ilk verilişini çəkib.
AzVision.az xəbər verir ki, bununla bağlı müğənnİ Elvin Abdullayev məlumat paylaşıb.

D. Əliyeva ilə fotolarını paylaşan müğənninin “Söhbət var” verilişinin studiyasında olduğu məlum olub.

Proqramın növbəti buraxılışı mərhum Oqtay Əliyevə həsr olunub. Çəkilişləri bitsə də, həmin bölüm hələ yayıma getməyib.

Xatırladaq ki, bir ay əvvəl baş verən avtomobil qəzasında məşhur prodüser həlak olub. Xalq artisti Mehriban Zəki və D.Əliyeva isə yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti