Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılar
![Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılar
Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılar](https://azvision.az/photos/2023/04/1682347083_16823465373194061695_1200x630-1682349345.jpg)
Kişilərin yarışında ölkəmizin idman şərəfini Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) qoruyacaqlar.
Qadınların mübarizəsində Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.
Qeyd edək ki, üçüncü Avropa Oyunlarının karate yarışlarında 20 ölkədən 96 idmançı mübarizə aparacaq.
Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarına iyunun 21-də start veriləcək. Yarışın bağlanış mərasimi iyulun 2-də keçiriləcək. Karate yarışları isə iyunun 22-23-də baş tutacaq.
AzVision.az
Teqlər: