Məşhur erməni arxiyepiskop: "Paşinyan Allahsızdır"

   Məşhur erməni arxiyepiskop:    "Paşinyan Allahsızdır"
  25 Aprel 2023    Oxunub:1492
"Paşinyan hələ də Apostol Pavelin arxasında gizlənir, o, Allahdan qorxmur, insanlardan utanmır". AzVision.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan 24TV-nin efirində deyib.
Yepiskopun sözlərinə görə, ölkədə baş verənlər mənəviyyat məsələsidir. O qeyd edib ki, baş anzir Nikol Paşinyan bu ölkənin xoşbəxtliyini əlindən alıb, daha doğrusu oğurlayıb. Paşinyan məsuliyyət nümayiş etdirib vəzifəsindən getməli idi.

Erməni arxiyepiskop sərsəmlədi: "Yeni qələbələr lazımdır"
Yepiskopun fikrincə, hazırki hökumət Qarabağ, Azərbaycanda cəza çəkən erməni məhbuslar və ölkənin digər ciddi problemləri ilə məşğul olmaq əvəzinə, başqa əhəmiyyətsiz problemləri həll edir.

- Sentyabr döyüşlərindən sonra biz hələ də qurbanların sayını bilmirik. Müdafiə naziri isə bu məsələlərə himayədarlıq etdi. O, hətta şənlik məclisi də təşkil erdi, kefindən qalmayaraq əmlak aldı. Və bu kontekstdə belə bir sual yaranır: gecələr rahat yata bilirsinizmi?!, - siyasətlə məşğul olan erməni din xadimi gileylənib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyəti ilə Erməni Aposto kilsəsi arasında dərin uçurum yaranıb. Ermənistanda kilsə hər zaman siyasətə qarışıb, hətta siyasi elitada əsas söz sahibi olub. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri isə dəfələrlə Azərbaycan xalqının əleyhinə radikal çağırışları ilə seçilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Kilsə   Paşinyan  





Xəbər lenti