İlk dəfə nənə və baba oldular - FOTO

   İlk dəfə nənə və baba oldular -    FOTO
  26 Aprel 2023    Oxunub:1681
Amerikalı aktyor Brüs Uillis və onun keçmiş həyat yoldaşı, aktrisa Demi Mur ilk dəfə nənə və nənə olublar.
Onların qızı, aktrisa Rumer Uillisin qız övladı dünyaya gəlib. Bu barədə sənətçi İnstaqram səhifəsində məlumat verib.

"Luetta Aysli Tomas Uillis... 18 aprel, çərşənbə axşamı evdə anadan olub",- deyə yeni ana körpənin fotosunu paylaşıb.

Qeyd edək ki, hollivud ulduzu Bryus Uillis ağır xəstəlikdən əziyyət çəkir. Hələ ötən ilin yazında aktyorun ailəsi Bryusa dəhşətli diaqnoz - demensiya qoyulması səbəbindən onun karyerasını bitirdiyi barədə bəyanat yaymışdı.

Təxminən bir ildir ki, xəstəlik daha da irəliləyib və o aktyorun dərk etmə qabiliyyətlərinə getdikcə daha çox təsir edir. Bununla belə, aktyor ağır xəstəliyə təslim olmur, aktiv həyat tərzi keçirməyə çalışır. Bəzən hətta paparassilərin obyektivinə də düşür. Bununla belə Bryus cəmiyyət arasında az görünməyə çalışır, ailəsi və qızları ilə daha çox vaxt keçirir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti