Narkotik qaçaqmalçıları saxlanılıb

Narkotik qaçaqmalçıları saxlanılıb
  11 Aprel 2013    Oxunub:1506
Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçiriblər
Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Komitədən AzVision.az-a verilən məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən İran İslam Respublikasından gömrük nəzarətindən kənar, yəni, qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin gətirilərək Cəlilabad rayon Şükürlü kəndinin iki kilometrliyindəki yolun hərəkət hissəsindən keçən su ötürücü borusunda gizlədilməsi barədə Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən şöbə əməkdaşlarının Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbiri həyata keçiriblər. Nəticədə “QAZ 33021” markalı 10 EN 540 dövlət nömrə nişanlı avtomobillə həmin yerə gələn sərnişin Fərəcov Elsevər Fəyyaz oğlu avtomobildən düşüb nəzarətə götürülmüş su borusundan 1 sellofan kisədə külli miqdarda 1 kiloqram 820 qram qurudulmuş marixuana və 4 kiloqram 520 qram həşiş qətranını götürərkən saxlanılıb. Bunu görən sürücü Piriyev Yalçın Miri oğlu hadisə yerindən qaçmağa cəhd göstərərkən gömrük əməkdaşları tərəfindən yaxalanıb.

Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində həmin fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb və Piriyev Yalçın Miri oğlu ilə Fərəcov Elsevər Fəyyaz oğlu şübhəli şəxs qismində tutularaq, onlara Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulan ittiham elan edilib və barələrində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan cinayətkar qrupun digər üzvlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti