"Formula 2"də sərbəst yürüş başa çatıb - YENİLƏNİB

 "Formula 2"də sərbəst yürüş başa çatıb -  YENİLƏNİB
  28 Aprel 2023    Oxunub:1585
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında keçirilən Formula 2 üzrə sərbəst yürüş başa çatıb.
AzVision.az xəbər verir ki, 45 dəqiqə davam edən sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Bu gün saat 13:30-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da Formula 2-nin, 17:00-da isə Formula 1-in sıralanma turu başlayacaq.

Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir. Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 24-26-da Əbu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.

***

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.

AzVision.az xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüş başa çatdıqdan sonra saat 13:30-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da Formula 2-də, 17:00-da isə Formula 1-də sıralanma turu başlayacaq.

Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 24-26-da Əbu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq. Qeyd edək ki, yarışı qazilər və şəhid ailələrinin üzvləri də izləyəcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti